“Akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans” keçirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev tədbirin əhəmiyyətini vurğulayaraq səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən və beynəlxalq əməkdaşlığın rolundan bəhs edib.
Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx təqdim olunub.
Konfrans çərçivəsində ölkəmizdə ilk dəfə olaraq Göz Bankının təntənəli açılışı baş tutub və bu hadisə oftalmologiya sahəsində mühüm yenilik kimi qiymətləndirilib.
Ardınca mərkəzin direktoru, professor Elmar Qasımov çıxış edərək qurumun fəaliyyəti və nailiyyətləri barədə məlumat verilib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Oftalmologiyanın aktual problemləri” mövzusunda çıxış edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov isə səhiyyə sahəsində qanunvericilik və inkişaf istiqamətlərindən danışıb. Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin prezidenti Dr. Sunay Duman beynəlxalq təcrübə və əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Daha sonra ODTKM İdarə heyətinin sədr müavini Günay Abbasova çıxış edərək mərkəzin fəaliyyəti, orqan donorluğu sahəsində görülən işlər və gələcək hədəflər barədə məlumat verilib.
Ardınca mərkəzin hüquqşünası Səyyarə Haqverdiyeva orqan donorluğu və transplantasiyasının hüquqi aspektləri, mövcud qanunvericilik bazası və hüquqların qorunması mexanizmlərindən bəhs edib.
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək donor olmağın əhəmiyyəti, bu sahədə tibbi yanaşmalar və əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra konfrans öz işini elmi müzakirələrlə davam etdirilib.